Haqqımızda

Azərbaycan Memarlıq və İnşaat Universiteti Həmkarlar İttifaqı Komitəsi, ali təhsil müəssisəsinin professor-müəllim heyətinin, inzibati-texniki personalın, eləcə də digər əməkdaşların sosial-iqtisadi hüquqlarının müdafiəsini, peşə maraqlarının təmin olunmasını və onların əmək fəaliyyətində səmərəliliyin artırılmasını özünün strateji vəzifəsi kimi müəyyənləşdirir.
Həmkarlar İttifaqı Komitəsinin fəaliyyəti çoxşaxəlidir və bütövlükdə Universitetin gündəlik həyatı ilə sıx bağlıdır. Təşkilatın iş prinsipi demokratik idarəetməyə əsaslanır və öz fəaliyyətini “İnsan hüquqlarının ümumi bəyannaməsi”, “Beynəlxalq Əmək Təşkilatı Komissiyaları”, “Azərbaycan Respublikasının Qanunu” və “Azərbaycan Respublikasının Konstitusiyası”, “Həmkarlar İttifaqı haqqında” Azərbaycan Respublikasının Qanunu və “Azərbaycan Respublikasının Əmək Məcəlləsi”, həmçinin respublikamızın digər müvafiq direktiv sənədləri əsasında qurur. Təşkilat bütün işlərində yeni qəbul olunmuş Nizamnaməni əsas götürür və gündəlik fəaliyyətində ondan istifadə edir.
Təşkilat Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Respublika Komitəsinin rəhbərliyi altında fəaliyyət göstərir. Əməkdaşların hüquqlarının müdafiəsi sahəsində görüləcək işlər Universitetin rəhbərliyi ilə Həmkarlar İttifaqı Komitəsi arasında bağlanmış Kollektiv Müqavilə əsasında icra olunur.
Bundan başqa, AzMİU-nun HİK-i öz fəaliyyətini səmərəli təşkil etmək üçün aşağıdakı daimi komissiyaları yaratmışdır:Tədris, tərbiyə və təşkilatı işləri üzrə kommisiya; Mədəni-kütləvi və idman işləri üzrə komissiya; Əməyin mühafizəsi komissiyası; Veteranlarla iş və məişət problemləri üzrə komissiya.
Universitetdə görüşlərin, idman yarışlarının, yubileylərin, konfransların və digər bu kimi kütləvi tədbirlərin keçirilməsində Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı, səyləri hər an özünü göstərir.Həmin tədbirlər ancaq Universitet səviyyəsində deyil, hər fakültədə və Kollecdə də təşkil olunur.
İşçilərin istirahətini təşkil etmək, onların intellektual-mədəni səviyyəsini yüksəltmək məqsədilə konsertlərə, teatr tamaşalarına, şənliklərə Həmkarlar Təşkilatının büdcəsi hesabına biletlər alınır və işçilərə ödənişsiz paylanılır. Bununla yanaşı, Həmkarlar Təşkilatı işçilərin yay istirahətinin təşkilində də əsas rol oynayır. Hər il müəllim və işçilərin istirahətini təşkil etmək və müailicəyə ehtiyacı olanların qayğılarına köməklik göstərmək üçün respublikanın sanatoriya və istirahət mərkəzlərinə yollayış alınır və güzəştli şərtlərlə müraciət edən əməkdaşlara verilir. Komitənin çoxşaxəli fəaliyyəti, hər şeydən öncə, əmək münasibətlərinin düzgün və səmərəli tənzimlənməsi, üzvlərin sosial müdafiəsinin gücləndirilməsi, sağlam və təhlükəsiz əmək mühitinin formalaşdırılması, eyni zamanda universitet mühitində mədəni-maarifləndirici, ictimai və intellektual yönümlü tədbirlərin təşkili istiqamətlərini əhatə edir.
Struktur baxımından Həmkarlar İttifaqı Komitəsi, universitetin fakültə və şöbələri daxilində qarşılıqlı əməkdaşlıq müstəvisində fəaliyyət göstərir. Bu əməkdaşlıq, üzvlərin sosial rifahının qorunmasına, hüquq və mənafelərinin müdafiəsinə xidmət edən təşəbbüslərin irəli sürülməsi və onların icrasının təmin olunması ilə müşayiət olunur.

İttifaqın struktur genişliyi və üzv sayı
Azərbaycan Memarlıq və İnşaat Universiteti Həmkarlar İttifaqı Komitəsi, daimi ünsiyyət, həmrəylik və sosial ədalət prinsipləri əsasında fəaliyyət göstərərək, universitet kollektivi üçün peşəkar və mənəvi dəstək platforması funksiyasını icra edir. Azərbaycan Memarlıq və İnşaat Universiteti Həmkarlar İttifaqı Komitəsi 1431 ittifaq üzvünü özündə birləşdirir.
Komitənin əsas fəaliyyət istiqamətləri:


