Rəhbərlik

Sədr
Əliyev Surxay Süleyman oğlu
1952: anadan olmuşdur.
Təhsil
1969-1974: Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsində təhsil almışdır.
Karyera
1974-1978: Gədəbəy rayonunda orta məktəbdə fizika müəllimi kimi pedaqoji fəaliyyət göstərmişdir.
1978: Azərbaycan Memarlıq və İnşaat Universitetinin Fizika kafedrasında baş laborant olmuşdur.
1980: Həmin kafedranın aspirantı olmuşdur.
1983: Fizika kafedrasında assistent vəzifəsinə təyin olunmuşdur.
1986: Müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi (indiki fəlsəfə doktoru) elmi dərəcəsi almışdır.
1993: Dosent əvəzi vəzifəsinə təyin olunmuşdur.
1999: Dosent vəzifəsinə təyin olunmuşdur və hazırda həmin vəzifədə çalışır.
2001-2005: Nəqliyyat fakültəsinin dekan müavini vəzifəsində çalışmışdır.
2009-2010: Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində fəaliyyət göstərən fizika-riyaziyyat təmayüllü liseyin direktoru işləmişdir.
2016: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.
2018: Azərbaycan Memarlıq və İnşaat Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri seçilmişdir.
Təltiflər
AHİK-in “Həmkarlar İttifaqı Konfederasiyasının işində fəal iştirakına görə” medalı.
Xarici dillər
Rus
Türk
Ailəlidir, 2 övladı var.


